Yuxarı

Şahdağ Milli Parkında zubr balası dünyaya gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahdağ Milli Parkında zubr balası dünyaya gəldi - Foto

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib.

Axar.az xəbər verir ki, bunu Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub: "Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindiricidir ki, artıq onların sayı 13 olub".

Direktor əlavə edib ki, gələn il daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

Tarix
2019.12.02 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla