Yuxarı

Minsk Qrupundan Qarabağla bağlı - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.12.05. 23:11

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır.

Axar.az-ın məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

"Bratislavada (Slovakiya) ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası münasibətilə biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər nazirinin yanında dövlət katibi Jan-Batist Lemuan və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker) biz əvvəlki kimi qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi kimi çıxış edirik", - bəyanatda vurğulanıb.

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəddə zorakılığın nisbətən aşağı səviyyəsini müsbət qiymətləndirirlər və xarici işlər nazirlərinin iyun ayında Vaşinqtonda keçirdiyi məsləhətləşmələrdə razılığa gəldikləri kimi, tərəflərə münaqişənin kəskinləşmə riskini azaltmaq üçün aralarındakı birbaşa rabitə əlaqələrindən tam istifadə etdiklərinə görə təşəkkür edirlər:

"Nazirlərin Parisdə razılaşdırdıqları və həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milan bəyanatlarında çağırdıqları kimi, gərginliyi azaltmaq və əhalini sülhə hazırlamaq üçün keçən il atılan konkret addımları alqışlayırıq. Liderlərin mart ayında Vyanadakı görüşü zamanı müzakirə etdikləri və aprel ayında Moskvada xarici işlər nazirləri tərəfindən hazırlanan humanitar tədbirlərin həyata keçirilməsini, xüsusən də bu yaxınlarda jurnalistlərin qarşılıqlı səfərləri və iyunun 28-i məhbusların eyni zamanda sərbəst buraxılması səylərini yüksək qiymətləndiririk".

Bu cür səylərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə əsaslı danışıqların aparılması üçün şərait yaradılmasında vacib rol oynadığını bildirən nümayəndə heyətlərininin rəhbərləri əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırıblar.

Həmçinin həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri tərəfləri humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə edilmiş razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağa çağırıblar:

"Liderlərin 2014-cü ilin oktyabr ayında Paris sammitində bildirdikləri kimi, biz tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsində səylərini ikiqat artırmağa çağırırıq. Atəşkəsin dəstəklənməsində fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin əhəmiyyətli töhfəsini qəbul edərək, biz tərəflərin 2016-cı ildə razılaşdırdığı kimi, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrə yenidən başlamaq lazım olduğunu qeyd edirik.

Münaqişənin sülh yolu ilə nizamlanmasının əsas məsələləri üzrə danışıqları aktivləşdirmək və sonrakı ən yüksək səviyyədə danışıqlara kömək etmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətini alqışlayırıq".

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri münaqişənin ədalətli və davamlı nizamlanması xüsusən Helsinki Yekun Aktının güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha qeyd edir və həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında verdikləri və sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatı xatırladırlar.

Qeyd edilir ki, buraya həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementlər də daxil edilməlidir.

Tarix
2019.12.06 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla