Yuxarı

Nazirdən DYP ilə bağlı göstəriş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən DYP ilə bağlı göstəriş

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.

Bu barədə Dövlət Yol Polisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə "dyp.polisazerbaycan” adlı İnstaqram səhifəsinin yaradılmasına göstəriş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan” İnstaqram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb.

Hörmətli sosial şəbəkə istifadəçiləri!

Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək "dyp.polisazerbaycan” İnstaqram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik

Tarix
2019.12.06 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla