Yuxarı

Azərbaycan qadınları da hərbi qulluğa gedəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan qadınları da hərbi qulluğa gedəcək

Nazirlər Kabinetinin təsdiqlədiyi "Müqavilə əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası"na əsasən, bundan sonra qadınlar da hərbi xidmətə qəbul ediləcəklər.

Axar.az xəbər verir ki, bu qaydaya görə, hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər.

Hərbi qeydiyyata götürülmüş Azərbaycanın qadın vətəndaşlarına, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir. Zərurət yarandığı halda müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, müqavilə əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Şəxsi iş tərtib edilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd, ərizə və ya raport, şəxsən yazılmış tərcümeyi-hal, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (evli olduqda), uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda), 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə) məhkumluğun olub-olmaması barədə arayış təqdim edilir.

Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlərə isə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı, rejim obyektlərində işə buraxılışı rəsmiləşdirmək üçün sənədlər daxildir.

Tarix
2015.02.08 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla