Yuxarı

Tərtərlilərin hamısı bir nəfər kimi qalxdı... - Prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərlilərin hamısı bir nəfər kimi qalxdı... - Prezident

Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Prezident yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə deyib.

“2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdılar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir. Mən ona görə rayonların adlarını çəkdim ki, hər kəs bilsin harada nə qədər məhsuldarlıq var. Bəzi təsərrüfatlarda siz deyirsiniz ki, 40-50 sentner məhsul götürülübdür, deməli, biz bu hədəfə də yaxınlaşmalıyıq. Ona görə növbəti səpin mövsümünə qədər bütün bu işlər geniş təhlil olunmalıdır. Harada ki, məhsuldarlıq yüksəkdir, təsərrüfatlarda orta məhsuldarlıqdan daha yüksəkdir, o təcrübə öyrənilməlidir. Ola bilər ki, zona müşavirələri də keçirilsin. Bu sahədə həm kadr hazırlığı, maarifləndirmə, yeni texnologiyalar ən yüksək standartlara cavab verməlidir. Çünki bizim əlavə torpağımız yoxdur. Biz 100 min hektarı ancaq pambıqçılığa ayırmışıq və hesab edirik ki, bu, kifayətdir. Ancaq biz məhsuldarlıq hesabına tədarükü də artırmalıyıq”, - deyə dövlət başçısı bildirib.

Tarix
2019.12.20 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla