Yuxarı

“Çox istərdim ki, ARDNŞ də BP kimi hərəkət etsin”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çox istərdim ki, ARDNŞ də BP kimi hərəkət etsin”

BP ixtisar etdiyi işçilərin banklara olan bütün borclarını ödəməyi üzərinə götürüb.

Bu barədə Axar.az-a Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

QHT sədrinin sözlərinə görə, BP işdən çıxdıqdan sonra 12 ay müddətində işçilərinə dəstəyini davam etdirəcək:

"BP-nin borca dəstək (loan support) proqramı var. Bu, bank vasitəsilə kredit ödəyənlərə şamil olunur. İxtisar olunan işçilərdən kim o proqrama qoşulubsa, onlara BP işdən çıxdıqdan sonra 12 ay müddətində dəstəyini davam etdirəcək. Yəqin ki, 14 bildiriş ayları da əlavə olunmaqladır. Ancaq dəstək borcun tam ödənməsi yox, dərəcədən asılı olaraq (ayda 300 manatdan başlayaraq) kömək edilməsidir. Bu isə bəzən bankın qoyduğu faizi tam qarşılamır".

M.Qəhrəmanlı qeyd edib ki, ARDNŞ də ixtisarlar apararkən, işçilərin bu cür durumlarını nəzərə almalıdır:

"Çox istərdim ki, ARDNŞ də ixtisarlar apararkən işçilərinin bu problemlərini nəzərə alsın. Beynəlxalq təcrübəni öyrənmək lazımdır. Hazırda ARDNŞ-də ixtisara düşən işçilərin də əksəriyyətinin müxtəlif banklara borcları var".

Tarix
2015.02.09 / 10:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla