Yuxarı

Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi – Açıqlama

09:30

Uçuş təxirə salınmayıb. Sərnişinlər yeni təyyarə ilə uçacaqlar.

Bu barədə Axar.az-a bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Eyrveys" şirkətinə məxsus təyyarənin havaya qalxa bilməməsi barədə danışan Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

O əlavə edib ki, uçuşun baş tutmaması texniki səbəblərlə əlaqədardır və hazırda təyyarə dəyişdirilir:

“Sərnişinlər həmin təyyarədən endirilib başqa təyyarə yönləndiriliblər. Uçuş təxirə salınmayıb. Plan üzrə yeni təyyarə saat 10:45-də qalxacaq”.

P.Kəsəmənski bildirib ki, sərnişinlərin yola salınacağı yeni təyyarə də "Buta Eyrveys" şirkətinə məxsusdur.

Qeyd edək ki, bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Eyrveys" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Tarix
2020.01.13 / 10:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla