Yuxarı

Yol polisi ağır qəza törətdi: Ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi ağır qəza törətdi: Ölən var

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi qismində idarə etdiyi "Fiat" markalı avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında arxadan eyni istiqamətlə gələn BMV markalı avtomobil qəfildən onun maşınına çırpılıb. Zərbənin gücündən "Fiat" markalı avtomobil bir neçə dəfə çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində dünyasını dəyişib.

Yol qəzasının baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində müayinələr aparılıb. Məlumata görə, BMV markalı avtomobili Akif adlı sürücü idarə edirmiş. Elə avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən yaşandığı ehtimal olunur. Hadisə şahıdlərinin sözlərinə görə, BMV-ni idarə edən Akif adlı şəxs Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. Yol qəzasının təfərrüatı başlanılan cinayət işi üzrə araşdırmalarından sonra məlum olacaq.

Tarix
2015.02.16 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla