Yuxarı

Azərbaycanlı fəal İranda saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı fəal İranda saxlanıldı

Güney azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Axar.az GünAz TV-yə istinadən xəbər verir ki, yanvarın 14-də fəalın Tehrandakı mənzilinə hücum çəkib, evdə axtarış aparan təhlükəsizlik qüvvələri əməkdaşları xanım Zeynəb Həmrəngi qızı ilə birlikdə həbs ediblər. Eləcə də onlar fəala məxsus bir sıra şəxsi əşyaları da müsadirə ediblər.

Qızı həmin gün axşam sərbəst buraxılsa da, xanım Həmrəng hələ də həbsdə saxlanılır. Hələ ki, fəalın hansı səbəbdən tutulması ilə bağlı məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, son vaxtlar Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər daha da şiddətlənib. Qısa müddət ərzində çoxlu sayda fəal tutularaq həbsxanaya salınıb.

Digər tərəfdən, ötən həftə ərzində İranın təhlükəsizlik qüvvələri Tehranda türkcə kitablar nəşr edən "Əndişe-yi no” və "Təkderəxt” nəşr müəssisələrini bağlayıblar. Tehranda bu iki müəssisədən başqa heç bir türkcə kitab nəşr edən mərkəz mövcud deyil.

Tarix
2020.01.18 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla