Yuxarı

İranla sərhəddə yeni buraxılış məntəqəsi açıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə qarşıda bir sıra məqsədlərimiz var. Avtomobil yolunun, yeni dəmir yolunun açılışı, yeni körpünün inşa olunması - bunlar xidməti əlaqələrin inkişafının təzahürüdür.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Astarada jurnalistlərə müsahibəsində deyib.

DSX-nin rəisi daha sonra deyib: “2018-ci illə müqayisədə ötən ildə dövlət sərhəd buraxılış məntəqəsində həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin keçidində artım olub. Dövlət sərhədindən keçən şəxslərin sayı 21,5 faiz, nəqliyyat vasitələrinin sayı isə 13 faiz artıb”.

E.Quliyev qeyd edib ki, İran İslan Respublikasının Sərhəd Qoşunlarının komandanı ilə dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ, həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir.

“Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, - deyə E.Quliyev vurğulayıb.

Tarix
2020.01.19 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rumen Radev Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla