Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Azərbaycan sinoptikləri hava şəraitinin dəyişməsi ilə bağlı bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürətinin arabir artacağı gözlənilir.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti, axşam 3 dərəcəyə kimi isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 17-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gündüz qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında və rayonlarda temperaturun enməsi əsasən, fevralın 18 və 19-da müşahidə ediləcək. Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 5-10, rayonlarda 7-12 dərəcə enəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 17-i axşam, fevralın 18-i axşam və səhər şimal-qərb küləyi arabir güclənəcək. Fevralın 18-19-da dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Tarix
2015.02.16 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla