Yuxarı

Azərbaycan bu faciəni Rusiya ilə əlaqələndirmir - Bülbüloğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu faciəni Rusiya ilə əlaqələndirmir - Bülbüloğlu

Biz bu gün növbəti dəfə Azərbaycanın Moskvadakı səfirliyinin binasına toplaşdıq, çünki 30 il əvvəl ölkədə siyasi vəziyyətə nəzarəti itirən Sovet İttifaqının rəhbərliyi Azərbaycan paytaxtının dinc əhalisinə qarşı misli görünməmiş divan tutub.

Report xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən tədbirdə çıxış edən səfir qeyd edib ki, yanvarın 20-ə keçən gecə Bakıya sovet ordusunun bölmələri yeridilib.

O kontingent ki, insanları tankların tırtılları altında əziblər, gözyaşardıcı qaz tətbiq ediblər. Hətta təcili yardım maşını tankların hücumuna məruz qalıb, həkimlər həlak olub.

“Bu barədə danışmaq dəhşətlidir. Bu, Varfolomey gecəsi idi, dinc insanlara atəş açılırdı və ən maraqlısını vurğulamaq istərdim - heç bir siyasətçi, heç bir aktivist zərər çəkmədi. Yalnız dinc insanlar zərər çəkdilər: qadınlar, uşaqlar, qocalar. Qətiyyən anlaşılmazdır, insanların qorxudulması və məhv edilməsi hansı prinsip üzrə oldu", - səfir deyib.

Səfir vurğulayıb ki, o qorxunc gecə dinc sakinlər öz həyatlarını müstəqillik və bugünkü müasir Azərbaycan dövlətinin azadlığı naminə qurban veriblər.

Polad Bülbüloglu həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmin günün hadisələrinə etirazının və siyasi qiymətləndirməsinin əhəmiyyətini qeyd edib.

"Azərbaycan heç bir halda həmin cinayəti bugünkü demokratik Rusiya ilə əlaqələndirmir. Bu faciə Sovet İttifaqında oldu, qərar sovet rəhbərliyi tərəfindən qəbul edilib. Bu cinayət heç vaxt unudulmayacaq və arzulayardım ki, heç vaxt hansısa ölkədə xalq belə faciə ilə üzləşməsin”, - Polad Bülbüloğlu deyib.

Tarix
2020.01.20 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla