Yuxarı

Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 21-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey işi, abidələrin mühafizəsi və s. sahələrdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında memorandumun imzalanmasını, eləcə də kitabxana sistemində, mədəni irs istiqamətində, muzey işi üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb. Bu sahələrdə birgə əməkdaşlığın qurulmasının ölkələrimiz arasında təcrübə mübadiləsinə, innovativ yanaşmanın tətbiqi və daha da inkişafına kömək edə biləcəyi qeyd olunub.

Nazir ölkəmizdə inkişaf mərhələsində olan yaradıcı və mədəniyyət sənayeləri üzrə ABŞ-ın təcrübəsindən istifadə etməkdə maraqlı olduğumuzu bildirib, bu sahədə də müasir yanaşmaların ölkəmizdə tətbiqi üçün xüsusi təlim və treninqlərdə iştirakın əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberger iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan geniş potensialdan səmərəli istifadə edilərək əlaqələrin daha da inkişafına inamını ifadə edib. Diplomat vurğulanan sahələr üzrə həyata keçirilə biləcək layihələrdə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Örl Litzenberger Azərbaycan mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyini, eyni zamanda ABŞ-ın mədəniyyət xadimlərinin də Bakıda keçirilən Caz festivallarında çıxış etdiyini diqqətə çatdırdı.

Görüş iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi ilə davam edib.

Tarix
2020.01.21 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla