Yuxarı

Sanki qəsdən istəyirlər ki, qeydə almayaq... – Məzahir Pənahov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sanki qəsdən istəyirlər ki, qeydə almayaq... – Məzahir Pənahov

Artıq bülletenlərin çapına başlamalıyıq.

Axar.az xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, yanvarın 30-u bülletenlərin çapı üçün axırıncı gündür:

“Biz seçkiyə 5 gün qalmışadək bülletenləri dairə seçki komissiyalarına paylamalıyıq. Bülletenlərdə 19 siyasi partiyanın adı olacaq”.

MSK sədri əmlak məsələsinə görə qeydə alınmayanlar barədə də danışıb. Deyib ki, onlar sanki qəsdən elə kombinasiya qurublar ki, həmin namizədləri qeydə ala bilməyək:

“Bu iş təsadüfə bənzəmir. Burada bir məntiq var. Biz DSK-lar tərəfindən namizədliyi qeydə alınmaqdan imtina edilənlərin hamısını məmnuniyyətlə qeydə alardıq. Bülletenlərə adı daxil ediləcək namizədlərlə də bağlı eyni situasiya ilə üzləşə bilərik. Elə namizədlər var ki, onların siyasi partiya mənsubiyyəti var. Amma onların namizədliyi partiya tərəfindən irəli sürülməyib. Biz həmin namizədlərlə də bağlı problemlə üzləşə bilərik. Hansısa partiya bülletenlər çap edildikdən sonra müraciət edə bilər ki, filankəsin adını niyə bizim partiyanın üzvü kimi bülletenə daxil etmisiniz?

Ona görə də səsverməyə 10 gün qalmışadək bu məsələlərdə dəyişiklik etmək mümkündür. Hansısa siyasi partiya tərəfindən kim üzvlükdən çıxarılacaq, hansını saxlayacaqsa, həmin vaxtadək bunu etməlidirlər. Zəhmət çəksinlər, kimi çıxaracaq, kimi saxlayacaqlarsa, yanvarın 29-dək bu məsələyə baxsınlar. Yanvarın 29-u axırıncı gündür. 29-dan sonra bu məsələyə baxılmayacaq. Seçki baş tutmalıdır. Seçkini kiminsə taleyinə buraxmaq olmaz”.

Tarix
2020.01.21 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla