Yuxarı

Sabiq deputat namizədliyini geri götürdü - Müəmma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq deputat namizədliyini geri götürdü - Müəmma

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq millət vəkili Hacı Salayevin namizədliyini geri götürdüyü bildirilir.

Axar.az Sfera.az-a istinadla xəbər verir ki, Hacı Salayev bununla bağlı qərarı ötən gün qəbul edib.

Maraqlıdır ki, Hacı Salayev bundan əvvəl namizədliyini irəli sürdüyü və deputat olduğu dairədəki namizədlərin siyahısında ciddi bir rəqib görünmür.

Hakim Yeni Azərbaycan Partiyasının dairədəki namizədi də tanınmış şəxs deyil. Hətta Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi olan Müşfiq Məmmədlinin şeirlə hazırladığı video-klipi sosial mediada müzakirə və tənqid olunmuşdu.

Digər az-çox tanınmış namizəd, Sumqayıt bələdiyyəsinin sədr müavini olan, şahmatçı Zeynəb Məmmədyarova da ciddi rəqib kimi görünmür. Şahmat karyerasını çoxdan başa vurmuş bu xanım daha çox keçmiş həyat yoldaşı Gülağa Tənha ilə qalmaqalı ilə yadda qalıb. Onun Gülaga Tənha ilə problemləri sosial mediada çox müzakirə olundu, hətta keçmiş həyat yoldaşını zəhərləməsi ittihamı ilə də qarşılaşdı.

Dairədəki digər namizdələr isə ictimaiyyətə az tanış olan və ya tanınmayan şəxslərdir.

Belə olanda sual yaranır: Hacı Salayev namizədliyini niyə geri götürüb? Sabiq deputata başqa vəzifə təklif olunur? Yoxsa hansısa başqa səbəblər var?

Əməkdaşımızın cəhdlərinə baxmayaraq, məsələni özü ilə dəqiqləşdirmək üçün Hacı Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Tarix
2020.01.23 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynaya getdi

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla