Yuxarı

ABŞ-dan Xocalı ilə bağlı qətnamə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Xocalı ilə bağlı qətnamə

Texas parlamenti Xocalı faciəsi ilə bağlı yeni qətnamə qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qətnamə yayıb.

Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb:

"Bu, müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının acı bir xatırlatmasıdır".

Bundan başqa qətnamədə Xocalıda baş verən qırğının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəli hadisələrdən biri olduğu, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini ələ keçirdiyi qeyd edilib:

"Nəticədə, ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-ı qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə yaşlı insanlar olub. Qırğınlar zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb".

Qeyd edək ki, bu Texas ştatının parlamentində Azərbaycana dair qəbul edilən ikinci qətnamədir.

Tarix
2015.02.17 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla