İnfarkt riskinizi ölçün!
02:00
Ana səhifə Toplum |
Sosial şəbəkələrdə Gəncədə koronavirusa yoluxanların olması barədə məlumatlar paylaşılıb. Sosial şəbəkə istifadəçiləri xəstələrin Gəncə Beynəlxalq Xəstəxanasında müalicə aldıqlarını iddia ediblər.
Məsələ ilə bağlı Gəncə Beynəlxalq Xəstəxanasından Axar.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bizim xəstəxanada koronavirusdan müalicə alan şəxs yoxdur. Bu virus şübhəsi ilə bağlı müraciət də olmayıb”.
Tarix
2020.01.29 / 19:38
|
Müəllif
Nərmin Əkbərli
|