Yuxarı

Abbas Abbasov azərbaycanlıları bir bazara yığır - ÖZƏL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü ("Milyarderlər İttifaqı") Abbas Abbasovla gələn ilin əvvəlindən Moskva vilayətinin Xlebnikovo qəsəbəsi yaxınlığında böyük bir meyvə-tərəvəz bazarı açacaq.

Bu barədə "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, əslində, həmin yerdə əslən Ucardan olan Samir adlı azərbaycanlıya məxsus, rəsmi adı "Veqetta" olan, amma həmyerlilərimiz arasında Xlebnikovo bazası kimi tanınan bazar fəaliyyət göstərir. Abbasov həmin bazanın ərazisini, habelə əlavə olaraq 18 hektar ərazini də bir yerə birləşdirib, regionun ən böyük meyvə-tərəvəz bazasını yaradır.

Adı çəkilən bazanın yaxınlığında Alim adlı iş adamına məxsus obyekt də (əslində mini-bazardır) yeni bazanın ərazisinə qatılacaq.

Mənbənin dediyinə görə, Abbasov bu işdə tək də deyil. Bu işdə onun şəriki Rusiyada fəaliyyət göstərən Manqo şirkətinin sahibi Rövşən Cabbarovdur.

Abbasovla Cabbarov hələ bir neçə il bundan əvvəldən biznes şərikidirlər. Onlar 2011-ci ildə Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıblar. Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə sövdələşməyə gedən Abbasov və Cabbarov vilayətdə çoxlu meyvə-tərəvəz anbarı tikiblər. Bu ilişkilər barədə həmin ərəfədə Rusiya KİV-i də məlumat yayılıb.

Qaynaq qeyd edir ki, Abbasov Orxan Zeynalov olayından sonra bağlanan "Pokrov" bazarında çalışan azərbaycanlıları bura köçürmək istəyir:

"Bundan başqa, demək olar ki, hər gün "Sadovod" adlanan və Quba yəhudilərinə aid olan bazarda gah total OMON yoxlamaları olur, gah da hansısa hadisə. Srağagün isə bu bazarda yanğın olmuşdu və azərbaycanlılara məxsus bir neçə ticarət pavilyonu yanmışdı. Abbasov və şərikləri bu bazarda çalışan azərbaycanlıları da Xlebnikovoya köçürmək niyyətindədirlər.

Bazarda Samir adlı həmyerlimizə kiçik pay ayrılacağı da gələn xəbərlər sırasındadır. Yuxarıda adını çəkdiyimiz Alim adlı sahibkarla isə, el dili ilə desək, halallaşacqlar.

Tarix
2013.12.17 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla