Yuxarı

Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Vəliyevin seçicilərlə izdihamlı görüşü - Foto/Video

104 saylı Gədəbəy-Tovuz dairəsindən deputatlığa namizəd Rauf Vəliyev seçicilərlə növbəti görüşünü Gədəbəyin Novosaratovka kəndində keçirib.

Axar.az xəbər verir ki, kənd klubunda baş tutan görüşü builki parlament seçkiləri çərçivəsində Gədəbəydə deputatlığa namizədlərlə keçirilən ən izdihamlı görüş adlandırmaq olar. İnsanların kütləviliyi, coşğusu və Rauf Vəliyevə göstərdiyi yüksək etimad diqqətçəkən olub.

Tədbiri el-obanın ağsaqqalı, görkəmli ziyalısı Zaman Rəhimov açıb.

O, Rauf Vəliyevin görkəmli bir nəslin nümayəndəsi olduğunu, atasının, babalarının da rayonda xüsusi hörmət qazandığını vurğulayıb. Daha sonra fikir bildirən seçicilər Rauf Vəliyevin indiyədək daima onların yanında olduğunu, xeyriyyəçlilik əməllərinin bütün obaya yayıldığını bildiriblər. Sakinlər məhz Rauf müəllimi deputat kimi görmək istədiklərini, onun kəndlilərlə dövlət arasında körpü rolunu oynayacağına əmin olduqlarını söyləyiblər.

Sonda çıxış edən Rauf Vəliyev bu qədər inam və dəstəkdən qürurlandığını, həmişəki kimi hər an el-obanın içində olacağını bildirib:

“Bizim əsas məqsədimiz komanda şəklində Gədəbəyimizə, Tovuzumuza xidmət göstərməkdir. Deputat seçilərəmsə, bizim hər kənddə nümayəndəmiz olacaq. Həmin nümayəndələr vasitəsilə bütün qayğılarınızdan, çətinliklərinizdən xəbərimiz olacaq və bunların həlli üçün əlimdən gələni edəcəm.

Mən eyni zamanda əslən gədəbəyli və tovuzlu iş adamlarını öz doğma rayonlarına sərmayə qoymağa çağıracağam. Onların həm özlərinin pul qazanması, həm də yeni iş yerlərinin açılması istiqamətində dövlətimizə dəstək olması üçün zərurui addımlar atacam.

Əziz həmyerlilərim! Hər birinizə veridyiniz dəstəyə görə minnətdaram. Mən sizlərdən güc alıram. Bugünkü görüşdən də çox böyük qürur hissi və ilhamla ayrılıram. Əmin olun ki, mənə səs versəniz, qarşıdakı 5 ilin hər günündə, hər dəqiqəsində sizin etimadınızı doğrultmaq üçün səylə çalışacam”.

Tarix
2020.02.02 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla