Yuxarı

Abbas Abbasovun tərəfdarları etirazçılara hücum etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas Abbasovun tərəfdarları etirazçılara hücum etdi

Bu gün Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un bir qrup üzvü toplantı keçirib.

APA-nın verdiyi məlumata görə, Moskva Millətlər Evində keçirilən toplantıda "AzərRos"un fəxri prezidenti postu ləğv edilib.

Ağsaqqallar Şurasının sədri olduğunu deyən Abbas Abbasov sədr postundan və üzvlükdən, Rüstəm İbrahimbəyov isə istefa verdiyini açıqlayıblar, lakin tərəfdarları onların hər iki istefasını qəbul etməyiblər.

Daha sonra toplantı "AzərRos" Federal Şurasının sədri olmuş Mehriban Sadıqovanı qurumun prezidenti seçib. Qeyd edək ki, M. Sadıqova Söyün Sadıqov "Azərros"un sədri olduğu vaxt onun katibəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, toplantı keçirilən zaman "Azərros" üzvlərinin böyük əksəriyyəti, həmçinin Federal Şuranın üzvləri Moskva Millətlər Evinin qarşısına toplaşaraq, bu toplantıya etiraz ediblər. Onlar bildiriblər ki, "Azərros"un növbəti qurultayı martın 6-da olacaq. Buna görə təşkilat üzvləri bu toplantının "qurultay" adlandırılmasına etiraz ediblər və "Azərros"u parçalamaq cəhdi kimi qiymətləndiriblər.

Etirazçılar Abbas Abbasovu və tərəfdarlarını dialoqa dəvət ediblər. Lakin Abbas Abbasovun tərəfdarları bir qrup qeyri-millətlərdən olan idmançılarla birgə etirazçılara hücum ediblər və onları ərazidən uzaqlaşdırmağa cəhd ediblər.

Tarix
2015.02.20 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gələcək

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla