Yuxarı

İlkin nəticələr bu gün açıqlanacaq - Məzahir Pənahov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkin nəticələr bu gün açıqlanacaq - Məzahir Pənahov

Üzümü məntəqə seçki komissiyalarının üzvlərinə tutub demək istəyirəm ki, onların gün ərzində fəaliyyəti ancaq və ancaq Seçki Məcəlləsinin tələbinə əsaslanmalıdır. Onlar öz fəaliyyətlərini Məcəllənin tələbinə uyğun qurmalıdırlar.

Axar.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, məntəqə seçki komissiyası üzvlərinin məntəqələrdə səsvermə və səslərin sayılmasını müşahidə etmək hüququna malik olan tərəflərə heç bir maneə yaratmaq hüququ yoxdur:

“Eyni zamanda bütün bu subyektlərin də məntəqə seçki komissiyalarının fəaliyyətinə mane olmaq hüququ yoxdur. Seçicilərə konstitusion hüquqlarını həyata keçirə bilməsi, onlara hər bir şəraitin yaradılması bütün seçki komissiyalarının və digər dövlət qurumlarınlın borcu, vəzifəsidir. Biz çalışmışıq ki, Seçki Məcəlləsinin tələbinə əsasən bunları həyata keçirək. Qeyd etdiyim kimi, 5573 məntəqə səsverməyə tam hazırdır. Azərbaycan seçiciləri arxayın ola bilərlər ki, onların sərbəst, azad səs verməsi üçün bütün şərait yaradılıb. Bu tələb mütləq tələbdir”.

MSK sədri qeyd edib ki, gecə yarıdan keçsə də, artıq bu gün Azərbaycan ictimaiyyətinə 125 seçki dairəsi üzrə səsvermənin ilkin nəticələri ilə bağlı məlumatları çatdırmaq qərarı veriblər.

Tarix
2020.02.09 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla