Yuxarı

Koronavirus üzrə yüksək riskli məhsulların - Siyahısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirus üzrə yüksək riskli məhsulların - Siyahısı

Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən “Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsullar"ın siyahısı hazırlanıb.

Axar.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakılardır:

Yüksək patogenli quş qripi üzrə

- Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)

- Zoopark quşları, vəhşi və ov quşları

- İnkubasiya yumurtası

- Süfrə yumurtası və yumurta məhsulları

- Quş sperması

- Quş əti (soyudulmuş, dondurulmuş və s.)

- Quş əti məhsulları

- Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)

- Quş tükü və lələkləri

Koronavirus üzrə

- İsti və soyuqqanlı vəhşi heyvanlar

- Zoopark heyvanları

- Vəhşi heyvanların trofeyləri

- Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Heyvan mənşəli ət məhsulları

- Ev heyvanları

- Quş və quş məhsulları

Qeyd edək ki, agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Tarix
2020.02.13 / 13:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla