Yuxarı

MSK bu dairələrlə bağlı qərar verdi - Təcili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:00

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Qeyd edək ki, MSK-nın iclası başlanan ərəfədə bina qarşısında 29 saylı seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev və tərəfdarları bina qarşısına toplanıb. Onlar qapının girişində dayanaraq, binaya heç kimi buraxmamağa çalışıblar.

İclasda ilk olaraq MSK önündə aksiya keçirmiş digər namizəd – 34 saylı Xətai ikinci dairəsi üzrə namizəd olmuş Səməd Rəhimlinin və tərəfdarlarının aksiya keçirməsinə münasibət bildirilib.

MSK sədrinin müavini Rövzət Qasımov etiraz edən namizədlər haqda bildriib ki, hətta MSK baxmalı olmadığı məsələlərlə bağlı kifayət qədər tədbirlər görüb:

“Həmin namizədlərin şikayətinə DSK-da baxılmalıdır. Bir müraciətə iki komissiyada baxıla bilməz. Əgər onlar DSK-nın qərarından narazı qalsa, bizə şikayət edə bilərlər. Hazırda onların şikayətinə DSK-da baxılır, əgər razı qalmasasar, şikayətlərə MSK-da baxılacaq”.

***

Mərkəzi Seçki Komissiyasının iclasında 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 79 saylı İmişli, 9 saylı Binəqədi ikinci, 48 saylı Yevlax, 61 saylı Neftçala, 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə daxil olmuş şikayətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairələr üzrə şikayətlər müvafiq seçki dairələrinə göndərilməlidir.

Daha sonra müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.

Hazırda bu xarakterli müraciətlərə baxılır.

***

MSK-nın iclasında daha sonra 8 saylı Binəqədi birinci, 15 saylı Yasamal birinci, 13 saylı Xəzər-Pirallahı, 22 saylı Nəsimi birinci, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci, 29 saylı Səbail, 42 saylı Sumqayıt ikinci, 63 saylı Sabirabad birinci, 47 saylı Mingəçevir, 60 saylı Salyan-Neftçala (bir qrup müşahidəçinin şikayəti), 107 saylı Qazax, 18 saylı Nərimanov-Nizami, 17 saylı Yasamal üçüncü, 88 saylı Göyçay, 23 saylı Nəsimi-Səbail, 82 saylı Ağcabədi, 46 saylı Şirvan, 98 saylı Şəmkir şəhər, 84 saylı Füzuli, 77 saylı Astara və 91 saylı Ucar seçki seçki dairəsi üzrə daxil olmuş müraciətlər nəzərdən keçirilib. Bildirilib ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır.

Ona görə də bu şikayətlər müvafiq DSK-lara göndərilib.

Tarix
2020.02.15 / 15:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla