Yuxarı

MSK toplanır: daha iki dairə ləğv edilir?.. - MSK-dan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK toplanır: daha iki dairə ləğv edilir?.. - MSK-dan açıqlama

09:13

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

Axar.az xəbər verir ki, MSK-nın iclası 16:00-da keçiriləcək.

İclacda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq.

Artıq sosial şəbəkələrdə MSK-nın bugünkü müzakirəsi ilə bağlı ehtimallar səsləndirilib. Bildirilir ki, iclasda daha iki dairənin nəticəsinin ləğvi gözlənilir.

***

MSK-nın katibi Mikayıl Rəhimov saytımıza açıqlamasında bildirib ki, hansısa dairənin nəticələrinin ləğv edilməsi müzakirələrdən asılıdır:

“Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında dairələr üzrə daxil olan şikayət və müraciətlərə baxılacaq, ekspert rəyləri dinləniləcək. Ondan sonra məlum olacaq ki, hansısa dairənin nəticələri ləğv edilə bilər, ya yox. Bu, daxil olan şikayətlərlə bağlı aparılan araşdırmanın nəticəsindən və ekspert rəylərindən asıldır”.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclası zamanı 4 dairə üzrə (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan) seçki nəticələri ləğv edilmiş, 20-yə yaxın dairə üzrə şikayətlər isə DSK-lara göndərilmişdi.

Fevralın 15-də keçirilən iclasda isə daha bir neçə dairə üzrə şikayətlər DSK-lara göndərildi.

MSK sədri Məzahir Pənahov DSK-lara göndərilən şikayətlərin 80 faizinin geri qayıdacağı və MSK-da müzakirə olunacağını ehtimal etdiyini açıqlamışdı.

Tarix
2020.02.17 / 12:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla