Yuxarı

Bülbüloğlu döyüşçü övladını atasının məzarı üstünə apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlu döyüşçü övladını atasının məzarı üstünə apardı

Rusiyanın Smolensk vilayəti yaxınlığında aparılan qazıntılar zamanı Böyük Vətən Müharibəsində (1941-1945) həlak olan 32 əsgərin qalıqları tapılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, onlardan 26-sının şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu şəxslərdən biri Laçın rayonu, Qarıqışlaq kənd sakini, yefreytor 1907-ci il təvəllüdlü Mirzəyev İbiş Rza oğludur.

Məsələ ilə bağlı açıqlama verən mərhumun oğlu Mirzəyev Əlövsət atasının qəbrini ziyarət etdiyini bildirib:

"Bu qalıqlar aşkar ediləndən sonra Azərbaycanın Rusiyadakı səfirliyindən ailəmizlə əlaqə saxladılar. Səfirimiz Polad Bülbüloğlu mənə bilet aldı. Rusiyada yaşayan oğlumla birlikdə Smolensk vilayətində atamın qəbrini ziyarət etdim. Mənə dedilər ki, qalıqlar tapılanda atamın üzərində olan güllələrin yanında sənədləri də olub. Onları paltarlı halda dəfn ediblər. Lakin qalıqlar tapılandan sonra onlara abidə qoyulub. Mən qəbri Azərbaycana köçürmək istədiyimi bildirdim. Amma dedilər ki, mərhum Sovet dövründə dəfn edildiyi üçün başqa ölkəyə köçürülə bilməz. Mən yetimliklə böyümüşəm. Biz atamızın üzünü görməmişik".

Tarix
2020.02.17 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

Hakan Fidan Ceyhun Bayramova zəng etdi

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla