Yuxarı

Kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı - Foto

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram narkotik vasitə heroin, 5 qram isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna “google map” proqramı vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib. Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib.

İ.Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram olan heroin, 130,5 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2020.02.19 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla