Yuxarı

Həbslər gedən Neftçala İH-nin vəzifəliləri kimlərdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbslər gedən Neftçala İH-nin vəzifəliləri kimlərdir?

Ötən gün səhər saatlarından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat aparır.

Axar.az xəbər verir ki, DTX əməliyyatla bağlı ilkin məlumatda həbslər aparıldığına vurğu edib. Bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu məlumatın ardınca Prezident İlham Əliyevin rayon İH başçısının rəhbəri İsmayıl Vəliyevi vəzifədən azad etməsi də təsadüfən deyildi. Xatırladaq ki, analoji hal Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev də əməliyyat keçirilən gün vəzifədən azad edilmiş və həbs olunmuşdu.

DTX-nın məlumatında “İcra Hakimiyyətinin vəzifəli şəxsləri” ifadəsi isə bir neçə şəxs barəsində araşdırma getdiyini təsdiqləyir.

Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Nizami oğlu Əkbərov, digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Zakir qızı Sadıqovadır. Baş mühasib Eyvaz Əliyev, başçının köməkçisi Natiq Kazımovdur.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Hüquq şöbəsinin müdiri Sadiq Abbasov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevdir.

Xatırladaq ki, ətraflı rəsmi məlumatın yaxın müddətdə yayılacağı gözlənilir.

Tarix
2020.02.21 / 09:24
Müəllif
Axar.az
Digər xəbərlər

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla