Yuxarı

Sürücü və satıcını soyanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücü və satıcını soyanlar tutuldu

Nəsimi rayonunda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Nəsimi Rayon Pois İdarəsinin (RPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Məlumata görə, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi VAZ-21012 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsunq” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tiflis prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2 000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Tarix
2020.02.27 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla