Yuxarı

Qərargah təcili toplandı: Bu uşaqları məktəbə göndərməyin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:58

Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah brifinq keçirəcək.

Axar.az xəbər verir ki, bu gün 17:00-da keçiriləcək brifinq zamanı koronavirusla bağlı jurnalistlərin sualları cavablandırılacaq.

Görüş Milli Hematologiya və Transfuziologiya Mərkəzində baş tutacaq.

Qeyd edək ki, NK yanında Operativ Qərargah Azərbaycanda ilk koronavirusa yoluxma faktının qeydə alındığını təsdiq edib.

***

Valideynlərdən xahiş edirik. Söhbət təkcə koronavirusdan getmir. Xəstə uşaqları dərsə göndərməsinlər.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu təkcə övladları üçün deyil, digərləri üçün də təhlükəlidir: "Bunun bütün respirator viruslara aidiyyəti var. Əgər xəstəlik yayılarsa, məktəblərin bağlanması gözləniləndir".

Cəlal İsayev bildirib ki, maska məsələsinin gündəmə gəlməsində medianın rolu böyükdür:

"Maskanı xəstə insan taxmalıdır. Sağlam kəslərin maskadan istifadəsi əhəmiyyət daşımır. Hər maskanın istifadə müddəti 3 saatdır".

***

Xəstələnmənin artması gözlənilmir. Biz bunu lokollaşdırmağa çalışırıq.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatlara inanmamalıdır:

"Təəssüf ki, epidemik prosseslər planlarınızdan asılı olmayaraq həyata keçirilir. Vətəndaşlardan xahiş edirik ki, anlayışlı olsunlar. Biz nə qədər çox insanı yoxlayırıqsa, o qədər riskin qarşısını alırıq".

Yeganə Qarayeva bildirib ki, karantinə alınanların sayı virus daşıyıcılarının olması demək deyil: "Məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Operativ Qərargahın məqsədi tibbi profilaktik tədbirlərdir. Çadırlar insanların eyni yerdə toplanmasının qarşısını almaq üçün quraşdırılıb".

***

Xəstə, yüksək hərarəti olan insanlar həkimə müraciət etməlidir.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev mətbuat konfransında deyib. O bildirib ki, vətəndaşlar xəstəliyin əlamətləri olduqda, xəstəxanaya deyil, təcili yardıma müraciət etsinlər: "Şübhəli hal aşkarlandıqda, xəstə karantinə alınacaq".

***

"1542" Koronavirus Qaynar Xətti 24 saat ərzində fəaliyyət göstərir. Vətəndaşlar şübhəli hal olduqda qaynar xəttə bildirsinlər.

Bu sözləri TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib: "Sosial şəbəkələrdə Ağdaş vətəndaşının koronavirus nəticəsində ürək getməsi ilə bağlı məlumatlar yayılıb. Xəstə virus daşıyıcısı deyil. Ağdaş vətəndaşıdır, İrandan gəlib. Gözündə konnektit aşkarlanıb. Koronavirus təhlükəsi yoxdur".

Rəvanə Əliyeva qeyd edib ki, sərhəd-keçid məntəqəsində hər vətəndaşı saxlamaq mümkün deyil: "Əgər onlarda xəstəlik əlaməti yoxdursa, biz onlara məlumatverici vərəqlər veririk. Bu şəxslər 14 gün ərzində evlərində karantin vəziyyətində qalmalıdırlar. Əgər hər hansı xəstəlik əlaməti aşkarlanarsa, şəhər daxilində 103, regionlarda 113 çağrı mərkəzlərinə bildirsinlər".

Tarix
2020.02.28 / 18:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla