Yuxarı

Rusiya Bakıya “Qəhrəman şəhər” adı verəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Bakıya “Qəhrəman şəhər” adı verəcək?

"Bakıya "Qəhrəman şəhər" adının verilməsi ilə bağlı iki gün öncə Milli Məclisdə hörmətli həmkarım Yevda Abramov tərəfindən məsələ qaldırıldı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

Deputat tarixi haqsızlığın aradan qalxması və Bakıya "Qəhrəman şəhər" adının verilməsi üçün Rusiyaya müraciət edəcəklərini açıqlayıb:

"Yevda müəllim təklif etdi ki, ona olan müraciətlər əsasında Rusiya Dövlət Dumasına rəsmi məktub göndərək ki, bu tarixi haqsızlığı ortadan qaldırsınlar. Bu ideya Milli Məclisin həmin iclasına sədrlik edən hörmətli Ziyafət Əsgərov tərəfindən də dəstəkləndi və bildirdi ki, bu barədə rəhbərlik səviyyəsində Rusiya Dövlət Dumasının rəhbərlərinə müraciət edilib. O zaman söz alaraq bildirdim ki, bu çox ciddi bir siyasi səhvdir, çünki biz müstəqil dövlətik, Bakı da Rusiyanın hansısa şəhəri deyil, müstəqil Azərbaycan dövlətinin paytaxtıdır. Rusiyaya müraciət edəcəyik ki, xahiş edirik, bizim paytaxtımıza "Qəhrəman şəhər" adı verin? Azərbaycanın şəhərinə hansısa adı vermək Milli Məclisin işidir, ona görə də bu təklifi Azərbaycan dövlətçiliyi üçün zərərli hesab edirəm".

Tarix
2015.02.26 / 16:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla