Yuxarı

Kim Xocalı üçün nə edib? - Şou-biznes

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim Xocalı üçün nə edib? - Şou-biznes

"Məqsədimiz Xocalı soyqırımını dünyaya çatdırmaq idi".

Bu sözləri Axar.az-a Xocalı faciəsi ilə bağlı gördüyü işlərdən danışan xalq artisti Brilyant Dadaşova dedi.

Xalq artisti Xocalı soyqırımının təbliği üçün İlqar Muradovla albom çıxardığını bildirdi:

"20 il bundan öncə müğənni İlqar Muradovla mahnı albomu yaratdıq. Həmin albomdakı mahnılar sırf Qarabağ və Xocalı faciələrinə aid idi. Biz birlikdə xarici ölkələrdə, tədbirlərdə həmin mahnıları ifa edirdik. Məqsədimiz isə Qarabağın işğalı və Xocalı faciəsini dünyaya çatdırmaq idi".

Əməkdar artist Nüşabə Ələsgərli Xocalı üçün yürüşdə iştirak etdiyini dedi:

"Xocalının 20 illiyində Türkiyədə Taksim meydanında Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalı" adlı yürüşdə iştirak etmişəm".

Röya Ayxan hər dəfə konsertlərində Qarabağı yad etdiyini dedi:

"Mən hər konsertimdə Qarabağı yad edirəm və Qarabağa aid mahnı oxuyuram. İki il bundan öncə Türkiyədə Xocalıya aid film çəkmişdilər və mən də o filmin təqdimatına dəvətli idim. Bir azərbaycanlı kimi gedib iştirak etdim".

Tarix
2015.02.26 / 20:40
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Azərbaycan bununla bağlı bizim təcrübədən istifadə edə bilər

Magyar bu tarixdə and içəcək

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan XİN İsraili təbrik etdi - Foto

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda...

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Əliyev və Paşinyan yaxşı dostdurlar - Uitkoff

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər...

Əminəm ki, bu səfər yaxşı fürsətlər yaradacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla