Yuxarı

Bakı Media Mərkəzindən İtaliyaya dəstək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Media Mərkəzindən İtaliyaya dəstək - Video

Bakı Media Mərkəzi COVİD-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video-çarxı hazırlayıb.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni video-çarx hazırlayıb. Video, hazırda dünya üzrə COVİD-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub.

İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu video-çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının, dost İtaliya xalqına dəstəyi ifadə olunur.

İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində "İtaliya, Azərbaycan səninlədir!" , "Evdə qalın!" , "Hər şey yaxşı olacaq!" müraciətləri qeyd olunur.

Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda COVİD-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

Tarix
2020.03.31 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla