Yuxarı

Azərbaycanda vahid bəyannamə təqdim edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirib.

Axar.az xəbər verir ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib.

Qeyd edək ki, vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə aprelin 1-dən başlanılıb.

Bundan başqa, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması müddəti 2021-ci ilin aprelin 1-dək uzadılıb.

Tarix
2020.04.02 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla