Yuxarı

XXI əsrin ən öldürücü düşməni: Bakı nümunə göstərilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XXI əsrin ən öldürücü düşməni: Bakı nümunə göstərilir - Video

09:53

Biz XXI əsrin ən öldürücü düşməni ilə üz-üzəyik. Koronavirus bəlası bu gün bütün dünyanın ortaq bəlasıdır və buna qarşı maksimum tədbirli olmaq bütün dövlətlərin öz vətəndaşları qarşısında birinci növbədə məsuliyyətidir. Dost Azərbaycan bu məsələdə vaxtında və nümunəvi tədbirlərə başladı. Təbii ki, biz bunu izləyir və təqdir edirik.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının yeni seçilmiş birinci vitse-spikeri Ruslan Stefançuk deyib.

Ukraynada hazırda bu virusa yoluxanların sayının 600 mini keçdiyini, 16 ölüm faktının qeydə alındığını deyən I vitse-spiker qeyd edib ki, bu bəla bütün dünyada olduğu kimi Ukraynada da durmadan artır:

“Biz artıq bütün lazımı tədbirlərə əl atmışıq. Bunun çox yayılmasına səbəb, təəssüf ki, bəzi ölkələrin, onların vətəndaşlarının buna ilk anlarda qeyri-ciddi yanaşması oldu. Amma bir fərqi gördük ki, Azərbaycan ilk vaxtdan təhlükənin ciddiliyini duydu və operativ tədbirlərə əl atdı. Biz müzakirələrimizdə Azərbaycanı nümunə çəkirik. Təqdir olunası haldır ki, dostumuz Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinə görə əksər ölkələrə nümunə çəkilir”, - R.Stefançuk bildirib.

Ukrayna-Azərbaycan əlaqələrinin heç nəyə baxmayaraq durmadan inkişaf etdiyini bildirən Ali Rada rəsmisi onu da deyib ki, istər vətəndaşların təxliyəsi, istərsə də mövcud durumla bağlı bütün lazımi məsələlərlə bağlı hər iki ölkənin müvafiq qurumları daimi təmasdadırlar.

Tarix
2020.04.03 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla