Yuxarı

Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...

Azərbaycanda əhalini ərzaqla təmin edən marketlər şəbəkəsi xüsusi karantin rejimində gücləndirilmiş iş şəraitində çalışır. Bu səbəbdən həmin marketlərdə çalışan işçilərin maaşlarında artım edilməsi məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, işçilərin maaşları bu aydan etibarən artırılacaq.

“Bu çətin günlərdə gücləndirilmiş iş rejimində çalışan, insanların qida ehtiyacını qarşılamaq üçün iş başında olan market əməkdaşlarımıza hər şeydən əvvəl dərin minnətdarlığımızı bildiririk. Mart ayında market əməkdaşlarının gərgin əməyini nəzərə alaraq, onlara mükafat təqdim olundu. Aprel ayının 1-dən isə market əməkdaşlarının maaşı artırılıb. Onlar bu artımı may ayında alacaqları maaşda hiss edəcəklər. Hər bir əməkdaşımıza möhkəm can sağlığı və uğurlar arzulayırıq”, - o deyib.

“Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” mağazalar şəbəkəsinin satışı müdiri Əli Kazım isə bildirib ki, işçilərin hər birinə bu ay mükafat verilməsi nəzərdə tutulub:

“Koronavirusla əlaqədar işçilərin 10 faizi valideynləri icazə verməməsi və s. səbəbdən işdən ayrılıb. Yerdə qalan 90 faiz işçimizin hər birinə mükafat veriləcək. Bundan başqa, övladı olan işçilərimizə hər övladına görə şirkət tərəfindən müəyyən yardımlar edilir. Həmçinin daha aşağı gəlirli işçilərimizə də köməklik edilir. Bunun üçün şirkətin xüsusi komissiyası var. Komissiyanın rəyinə əsasən həmin işçilərə ərzaq yardımı və əmək haqqından əlavə pul verilir”.

Tarix
2020.04.03 / 14:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla