Yuxarı

FHN Qırğızıstana 5 maşın verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Qırğızıstana 5 maşın verdi

Bişkek şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə beş yanğınsöndürən maşının təmənnasız təqdim edilməsi mərasimi keçirilib.

Azərtac xəbər verir ki, mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, bu ölkənin fövqəladə hallar naziri Kubatbek Boronov, Qırğızıstan Hökuməti Aparatının fövqəladə hallar və hüquq qaydaları şöbəsinin məsul işçisi Abdutalip Kamalov, FHN-in dövlət xidməti üzrə agentliyinin rəhbəri Nurjan Osmonaliyev və nazirliyin şəxsi heyəti iştirak edib.

N.Osmonaliyev mərasim iştirakçılarına yanğınsöndürən maşınları nümayiş etdirib.

K.Boronov Qırğızıstan xalqı və Hökuməti adından Azərbaycan Hökumətinə və Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirib. Qeyd edilib ki, ölkələr arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq yeni mərhələyə keçir, gələcəkdə birgə layihələrin və tədbirlərin daha çox həyata keçirilməsi planlaşdırılır.

Səfir Hidayət Orucov bildirib ki, son vaxtlar ölkələrimiz arasında sənaye, ticarət, rabitə, nəqliyyat, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir. Azərbaycan və Qırğızıstanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparılır.

H.Orucov qeyd edib ki, prezidentlər İlham Əliyev və Almazbek Atambayev Azərbaycanla Qırğızıstan arasında əlaqələrin daha da dərinləşdirilməsinə önəm verirlər.

A.Kamalov bildirib ki, Qırğızıstan Hökuməti Azərbaycan Hökuməti tərəfindən göstərilən yardımı yüksək qiymətləndirir. O əmin olduğunu bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Tarix
2015.03.06 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raund: Şərifov Darsalia ilə müzakirələr apardı

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla