Yuxarı

DİN-dən Qubadakı karantin rejimi barədə məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən Qubadakı karantin rejimi barədə məlumat

Ölkəmizdə koronavirus (COVİD-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək, sakinləri elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən lüzumsuz yerə evlərini tərk etməməyi, zərurət olduğu halda icazə sistemi vasitəsi ilə hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.

Tarix
2020.04.07 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla