Yuxarı

Bu QHT 20 ailənin bir aylıq təminatını üzərinə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu QHT 20 ailənin bir aylıq təminatını üzərinə götürdü

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Abşeron rayonunda 20 tənha ailənin bir aylıq ərzaq təminatını öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi birlik aztəminatlı ailələrin ünvanlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində əldə edib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ölkəmizdə koronavirus pademiyası ilə mübarizə tədbirlərinə dəstək olaraq bir sıra könüllü xeyirxah insanlarımızın iştirakı ilə 100-dən çox yaşlı və tənha insana, ailə başçısını itirmiş, bu günlərdə çətin vəziyyətlə üzləşən qadın və aztəminatlı ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq yardımı da çatdırıb.

Birlik eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna da bir vətəndaş cəmiyyəti təşkilatı olaraq vəsait köçürüb.

Qənirə Paşayeva çağırış edib ki, hər bir imkanlı şəxs koronavirus pandemiyası səbəbindən evindən çıxa bilməyən bir neçə tənha və yaşlı insanın qayğılarını üzərinə götürə və təhlükəsizliyi üçün onlara lazım olan ərzaq, dərman preparatı yardımının evlərinə çatdırılmasına dəstək göstərə bilər.

“İndiki sınaq günlərində hər bir imkanlı şəxsimizi bu aksiyalara qoşulmaqla, dövlətimizin insanlarımızın təhlükəsizliyi və sağlamlığı üçün atdığı addmları dəstəkləməyə çağırıram”, - Q.Paşayeva qeyd edib.

Məlumat üçün bildirək ki, imkanlı şəxslər yaşlı və tənha insanlara, o cümlədən aztəminatlı ailələrə yardım etmək istəyərlərsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən şəxslərin ünvanlarını bölgələr, rayonlar üzrə əldə edə bilərlər.

Tarix
2020.04.09 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla