Yuxarı

Bakı metrosunda problem - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda problem - Video

Bu gün səhər saat 08:20-də Bakı metropolitenində sərnişin sıxlığı ilə nəticələnən nasazlıq baş verib.

Ans press-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasında eskalatorlardan biri sıradan çıxıb.

Nəticədə stansiyadan çıxan sərnişinlər çox olduğundan basabas yaranıb.

Qeyd edək ki, həmin eskalator tez-tez sıradan çıxır. Bu səbəbdən ötən ilin yay aylarında həmin eskalator 3 aya yaxın əsaslı təmir olunmaq üçün bağlanmışdı. Lakin əsaslı təmirdən sonra da eskalatorda tez-tez nasazlıq yaranır.

Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisəyə eskalatorun əsas yürüyünün rezininin çıxması səbəb olub.

"Eskalator 2 dəqiqə müddətinə dayanmışdı. Bu səbəbdən sıxlıq yaranıb. Əksər hallarda elə yürüyün rezininin çıxması halları baş verir. Buna eskalatorun xarab olması demək düzgün olmazdı", - deyə Nəsimi Paşayev bildirib.

Tarix
2015.03.10 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla