Yuxarı

Azərbaycan şəhərlərində korona ilə bağlı son durum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan şəhərlərində korona ilə bağlı son durum

Şərqi Azərbaycan əyalətində son 48 saat ərzində koronavirusdan daha 14 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan əyalətinin səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi “Səhənd” telekanalına açıqlamasında deyib.

“Bununla da günümüzədək bu virusdan həyatını itirənlərin sayı 292 nəfərə çatıb. Şərqi Azərbaycanda bu günədək 3437 nəfərdə koronavirus aşkarlanıb. Koronavirus ən çox Əhər şəhərində yayılıb”.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə isə COVİD-19-dan ölənlərin sayının 134 nəfərə çatdığını, əyalətdə ümumilikdə 1805 nəfərin bu virusa yoluxduğunu bildirib.

Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş da əyalətdə koronavirusun statistikasından danışıb. O, burada virusa yoluxanların sayının 865, ölənlərin isə 89 nəfər olduğunu deyib.

Tarix
2020.04.19 / 11:23
Müəllif
Aytac Araz
Digər xəbərlər

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla