Yuxarı

Bakıda məşhur zavod sökülür - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur zavod sökülür - Foto

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Bakının məşhur “Azon” zavodu sökülür.

Axar.az xəbər verir ki, 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılmış “Azon” zavodunun ərazisində bir müddətdir ki, söküntü işləri aparılır. Bu məqsədlə əraziyə çox sayda texnika, traktor, yük maşınları cəlb edilib.

Hələlik zavodun ərazisində söküntüdən sonra hansı işlərin aparılacağı məlum deyil.

Qeyd edək ki, "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

Xatırladaq ki, "Azon" zavodu 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub. 2006-cı ilin sentyabr ayından isə "Azon" zavodu Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir.

Böyük bir ərazini əhatə edən zavorun müəyyən hissələri zamanla satılıb və müəyyən məqsədlər üçün istifadə edilir. Belə ki, zavodun bir hissəsində hazırda Delta Telekom və İctimai Televiziya fəaliyyət göstərir. Həmçinin zavodun bir hissəsində də hündürmərtəbəli bina inşa edilib.

Tarix
2020.04.21 / 13:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla