Yuxarı

Prezident fərmanı: altsistem yaradılır - Nazirlik izah etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir.

Axar.az xəbər verir ki, sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.

Altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Həmçinin hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatlar altsistemə daxil edilməsi təmin olunacaq.

Beləliklə, Nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək. Nəticədə müharibə səbəbi ilə əlilliyin qiymətləndiriməsi daha obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq. Vətəndaşların müxtəlif instansiyalara, o cümlədən müvafiq hüquqların və imtiyazların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sənədi kağız daşıyıcıda aparmasına zərurət qalmayacaq.

Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri də tam aradan qalxmış olacaq.

Yeni altsistem bu sahədə analitik təhlillərin aparılması və proqramların hazırlanmasında istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.

Tarix
2020.04.25 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla