Yuxarı

BMT-nin keçmiş katibi Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin keçmiş katibi Bakıya gəlir

BMT-nin sabiq baş katibi Butros Butros Qali bu ilin aprel ayında Bakıya gələcək.

Trend-in məlumatına görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub. Mükafatın təqdimatı zamanı BMT-nin sabiq baş katibi Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda müzakirələrin aparılması bu gün dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Xatırladaq ki, misirli diplomat Butros Butros Qali 1992-1996-cı Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edib.

Tarix
2015.03.13 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla