Yuxarı

Həkim olmaq üçün tibbi ləvazimat oğurlayan Həkim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim olmaq üçün tibbi ləvazimat oğurlayan Həkim...

Abşeronda oğurluq hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin (RPİ) Mehdiabad Polis Bölməsinə (PB) Digah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.

Dərhal əməliyyat qrupu yaradılaraq hadisə yerində zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilib. Hadisənin üstü "isti izlər"lə açılıb və aparılan araşdırma zamanı məlum olub ki, oğurluğu Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş. Xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri pencərədən daxil olub.

K.Cəfərov həkim ambulatoriyasından bir ədəd noutbuk, içərisində lazımi sənədlər olan fləş kart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman preparatları, spirt, həmçinin digər tibbi ləvazimatlar götürüb.

Daha əvvəl məhkumluq həyatı yaşayan K.Cavadov hətta özünə “Həkim” ləqəbi də verib. İxtisasca inşaatçı olan şəxs həkim olmaq üçün tibbi ləvazimatları oğurladığını deyir.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2020.04.28 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla