Yuxarı

Bakıda korona unuduldu: tıxaclar, maskasız gəzinti... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda korona unuduldu: tıxaclar, maskasız gəzinti... - Foto

Nazirlər Kabinetinin (NK) qərarı ilə aprelin 27-dən karantin rejimində tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb. İlkin yumşalmaya əhalinin reaksiyası necədir?

Axar.az əməkdaşı bunu aydınlaşdırmaq üçün paytaxtda müşahidələr aparıb.

Maşınlar və tıxac

Şəhərin mərkəzinə doğru avtomobil sıxlığı başlayır, hətta işıqforlarda əvvəli kimi tıxac müşahidə olunur.

“28 May” metrosu yaxınlığında isə nəqliyyatın hərəkatı karantindən əvvəlki dönəmdəkini xatırladır.

Mağazalar

Şəhərin mərkəzində fəaliyyət göstərən mağazaların, demək olar ki, böyük əksəriyyəti müştərilərin xidmətindədir. Mərkəzdə yerləşən bəzi brend mağazalar, o cümlədən, molların tərkibində fəaliyyət göstərən brendlər fəaliyyətini bərpa etməyib.

Mərkəzdəki mağazaların böyük əksəriyyəti boşdur, bəzi mağazalarda tək-tük müştəri görmək mümkündür.

Mərkəzdən kənarda yerləşən mağazalarda alıcı daha fəaldır. Sözügedən ərazilərdəki satıcılar hazırda alıcıların karantindən öncəki normal günlərdən daha çox gəldiyini deyir. Mərkəzdəki satıcılar isə gün ərzində maksimum 8-10 arası alıcıyla ünsiyyətdə olduqlarını bildirirlər.

Vətəndaşlar

Karantinin ilk günlərindən fərqli olaraq hazırda vətəndaşlar daha laqeyd görünür. Bir neçə gün öncə hər 5 vətəndaşdan 3-də maska və ya tibbi əlcək görürdüksə, indi bu, 5-in 1-ə nisbətinə enib.

Polislər

Mərkəzi küçələrdə hələ də polis postlarına rast gəlinsə də, artıq polislər vətəndaşlara yaxınlaşıb onların sənədlərini yoxlamır.

Polis əməkdaşları hərbçilərin müşayiətində yalnız mərkəzdə əyləşən vətəndaşlara yaxınlaşıb karantin qaydalarına görə bunun qadağan olduğunu bildirir və vətəndaşlardan hərəkət etməyi xahiş edir.

Ümumi mənzərə

Şəhərin mərkəzində gözə çarpan yalnız romantik cütlüklər və gəzintiyə çıxan rəfiqələrdir. Mərkəzdə çox az sayda yaşlı və ailə var.

Şəhərdən kənarda isə körpələri ilə mağaza və marketləri gəzən valideynlərə tez-tez rast gəlinir.

Tarix
2020.04.29 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla