Yuxarı

Bu nazirlikdə müavinlərin sayı artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlikdə müavinlərin sayı artırıldı

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.

Axar.az xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı 2-yə çatıb.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Tarix
2020.04.30 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla