Yuxarı

Döyülən rektor qızından heyrətamiz açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən rektor qızından heyrətamiz açıqlama - Foto

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva döyülməyi ilə bağlı yayılan məlumatlara yenidən münasibət bildirib.

O, Feysbuk səhifəsində bu barədə status paylaşıb. Nə qədər qəribə də olsa, Ülkər İsayeva döyüldüyünü təkzib edib və görüntülərin ona aid olmadığını yazıb:

"Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyəti yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!"

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H.İsaxanlının qızını döydüklərinə görə Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaqın nəticəsi olaraq saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını istintaq müddətində azadlığa buraxıb. Hakimin bu qərarından Baş Prokurorluq protest verib.

Bu gün həmin protest üzrə məhkəmə iclası keçirilib və növbəti iclas martın 18-nə təyin edilib.

Tarix
2015.03.18 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla