Yuxarı

Baş prokuror onlara yeni vəzifə verdi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş prokuror onlara yeni vəzifə verdi - Rəsmi

Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi, o cümlədən kadrlar işinin səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir. Xəbər verildiyi kimi, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, eyni zamanda prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim edilmişdir. Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür etmişdir.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə etmişlər.

Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılmışdır.

Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər.

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Tarix
2020.05.18 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla