Yuxarı

Yeni kanal açılır: harada və necə yayımlanacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni kanal açılır: harada və necə yayımlanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni internet televiziyası - LAF TV yayıma başlayacaq. Bu televiziyanın rəhbəri isə iki xanım jurnalist - Afət Telmanqızı və Ləman Ələşrəfqızıdır.

Afət Telmanqızı Axar.az-a müsahibəsində LAF TV ilə bağlı bəzi suallara aydınlıq gətirib:

- Afət xanım, kanalın internet televiziyası olacağını dediniz. Hansısa saytda, yoxsa Feysbuk, Yutub üzərindən yayımlanacaq?

- LAF TV həm Yutub, həm də Feysbuk üzərindən yayımlanacaq. İlk efirimiz isə 28 Mayda Respublika günündə olacaq.

- Verilişləriniz canlı olacaq?

- Bəli. İlk efir günümüzdə bayramla əlaqədar xüsusi buraxılışımız olacaq. Cümhuriyyət qurucularına aid reportajlar təqdim edəcəyik. Studiyaya müsahiblər dəvət olunacaq.

- Yutub kanalınız əvvəlcədən var, ya sıfırdan başlayacaqsınız? Bildiyiniz kimi, Yutubda izləyici toplamaq bir az vaxt aparan məsələdir.

- Hazır kanalla başlamaqla kimi aldadırıq? Özümüzə və dostlarımıza güvənərək, abunəçi toplayacağımıza inanırıq.

- Hansı günlərdə efirdə olacaqsınız?

- Həftənin 5 günü yayımda olacağıq. Amma fors-major hal baş verərsə, o zaman şənbə-bazar günləri də efirdə olacağıq.

- Tanınmış simalarla əməkdaşlıq edəcəksinizmi?

- Artıq bizimlə əməkdaşlıq etmək üçün xeyli insan müraciət edib. Gələcəkdə tanınan simalarla da çalışacağıq. Hələlik isə mən və Ləman işləyəcəyik.

- Əvvəlki layihələrinizi bu kanalda da davam etdirəcəksinizmi?

- Maraqlı layihələrimiz olacaq - müsahibə janrında. Gələcəkdə isə müxtəlif sahədə maarifləndirici verilişlər də nəzərdə tutmuşuq. TV-mizdə sənədli filmlər də hazırlayacağıq.

- “Ülgüc xəbər” adlı gündəlik xəbərlər olacağını bildirmişdiniz. Bu proqram hansı formatda olacaq?

- Televiziyamızda “Ülgüc xəbər”imiz prioritet olacaq. Sosial problemlərlə bağlı vətəndaşların şikayətini, problemini işıqlandıracağıq. “Qaynar xətt”imiz (0703941111) də var. Vətəndaşlar problemlərini özləri çəkib göndərə biləcəklər.

Tarix
2020.05.21 / 16:05
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla