Yuxarı

DOST-un rəsmi saytı təqdim olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DOST-un rəsmi saytı təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin rəsmi internet saytı (dost.gov.az) təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Axar.az-a bildiriblər ki, təqdimat mərasimi DOST Agentliyinin rəsmi Fesybuk səhifəsində canlı yayımlanıb.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən, gələcək planlardan danışıb, sayt barədə məlumat verib.

Saytda 11 əsas bölmə daxilində DOST-la bağlı qanunvericilik aktları və qurumun strukturu barədə məlumat yer alıb. Habelə DOST mərkəzlərində göstərilən xidmətlərin pasportları, xidmətlər barədə informativ kitabçalar, statistika, xəbərlər, qalereya və s. təqdim edilir.

Müasir dizayn üslubu ilə diqqəti cəlb edən saytda pensiya və sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı və əlillik, məşğulluq, əmək münasibətləri və s. barədə, həmçinin bu sahələrdə DOST mərkəzlərində göstərilən xidmətlərə dair məlumatları əhatə edən altbölmələr təqdim edilir.

Həmçinin saytda qeyd edilən mövzular üzrə 1000-dən çox sualın cavabı verilir. Burada axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr də var.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək missiyasının tərkib hissəsi olmaqla, onların sosial sahə və bu sahədə xidmətlərlə bağlı düzgün və dolğun məlumatlarla operativ formada təmin edilməsinə xidmət göstərir.

Tarix
2020.05.22 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla